Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə pley-offdan başlayacaq.
Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi mövsümdə ilk səfər sınağına çıxacaq. “Qarabağ” Avropa Liqasının qrupuna son addımı “Legiya” ilə Varşavadakı qarşılaşmada atmalıdır.
Qeyd edək ki, “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ”
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Varşava. Ordu stadionu
Qrupa doğru son addım
697