19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.
Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.
“Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.