Millimiz Millətlər Liqasının Kiprlə ev oyununu iki ölkədən birində keçirə bilər
05 oktyabr 2020 15:59 (UTC +04:00)

Millimiz Millətlər Liqasının Kiprlə ev oyununu iki ölkədən birində keçirə bilər

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla Kipr yığmaları arasında oyun Monteneqro və ya Albaniyada keçirilə bilər.

Bu barədə apasport.az saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Qurum rəsmisi hazırda AFFA ilə UEFA arasında aparılan danışıqlarda bu iki ölkə üzərində dayanıldığını bildirib: “Təbii ki, biz matçın ölkəmizdə keçirilməsini istərdik. Ancaq mənfur qonşularımızın Bakıya yaxın əraziləri artilleriya və raket qurğularından atəşə tutması AFFA-nı bu addımı atmağa vadar edib. Oktyabrın 10-da millimiz Monteneqro ilə səfərdə qarşılaşacağından, Kiprlə görüşün də elə orada keçirilmə ehtimalı var. Əgər bu variant alınmasa, qarşılaşma o zaman Monteneqroya yaxın olan Albaniyada oynanıla bilər”.

Sadıqov hazırda Dağlıq Qarabağda baş verən hadisələrə də münasibət bildirib. O, xalqımızın əsl birlik nümayiş etdirdiyini və Azərbaycan Ordusunun qələbə qazanacağını əminliklə söyləyib: “Şanlı Ordumuzun zəfərləri davam edir. İşğal altında olan torpaqlarımızı qaytaracağımıza inamımız sonsuzdur. Təbii ki, hər birimizin ürəyi hazırda Dağlıq Qarabağla, cəbhə bölgəsində olan əsgərlərimizlə döyünür. Ordumuzda olan ruh yüksəkliyi və xalqımızın birliyi qələbəyə böyük inam yaradır”.

Qeyd edək ki, Azərbaycan – Kipr matçının oktyabrın 13-də keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar