Azərbaycan futbolu ilə bağlı daha bir yenilik tətbiq ediləcək.
Apasport.az saytının məlumatına görə, ölkə kubokunda 6-cı əvəzləməyə icazə veriləcək.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Məsələ burasındadır ki, kubokdakı əvəzləmə limiti 3+1 idisə, cari mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.
İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimatla artıq klublar da məlumatlandırılıb.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt” “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq.