Futbol üzrə Macarıstan milli komandası 60 ildən sonra İngiltərəni məğlub edib.
Lent.az xəbər verir ki, görüş illətlər Liqasının “A” Divizionunun 3-cü qrupunun ilk turunda baş tutub.
Budapeştdə keçirilən qarşılaşmada ev sahibi 1:0 hesabı ilə qalib gəlib.
Maçtda yeganə qolu 64-cü dəqiqədə 11 metrlik cərimə Dominik Soboslay vurub. Növbəti oyunda macarlar italyanlarla, ingilislər Almaniya millisi ilə qarşılaşacaq, hər iki görüş iyunun 7-də keçiriləcək.
Beynəlxalq Futbol Federasiyası (FİFA) macar azarkeşlərin irqçi şüarlarına görə matça gəlməsini qadağan edib.
Macarıstan yığması bundan əvvəl Dünya Çempionatının qrup mərhələsində İngiltərədən üstün olub.
Həmin vaxt macarlar 2:1 hesabı ilə qalib gəlmişdi.