3 oyunda 12 qol – Avropa Liqasında
17 sentyabr 2020 09:38 (UTC +04:00)

3 oyunda 12 qol – Avropa Liqasında

0

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, bir matçdan ibarət tamaşaçısız keçirilən mərhələnin ilk oyun günündə üç görüş baş tutub.

Qarşılaşmalardan ikisində qonaqlar qələbə qazanıb. “Proqress” “Villem”, “Hammarbü” “Lex”lə ev oyununda darmadağınla üzləşib. Günə Farer adalarında yekun vurulub. B-36 penaltilər seriyasında TNS-ə qalib gəlib.

Qeyd edək ki, mərhələnin digər matçları sentyabrın 17-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
16 sentyabr
20:30. “Proqress” (Lüksemburq) – “Villem” (Niderland) - 0:5
Pavlidis, 19, 34, Sağlam, 28, Nunneli, 46, Ndayişimiye, 65
21:00. “Hammarbü” (İsveç) – “Lex” (Polşa) - 0:3
Tiba, 55, Kaminski, 89, Marçvinski, 90+3
22:00. B-36 (Farer adaları) – TNS (Uels) - 2:2 (penaltilərlə 5:4)
Prjibilski, 47, Radosavlyeviç, 120+3 - Smit, 81, Ebbe, 112

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1629

Oxşar yazılar