Olimpiada-2012: Azərbaycan duetindən möhtəşəm start
Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşdə duetimiz öz qrupunda 1-ci yeri tutub.
Onlar Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) cütlüklərinə qarşı mübarizə aparıblar. Yürüş rumıniyalı duetin start verilməmişdən öncə irəli çıxması üzündən təkrarlanmalı olub. Buna baxmayaraq, Bezuqlıy – Prokopenko cütlüyü özünü itirməyib. Onlar tədricən liderliyi ələ keçirərək, rəqiblərindən get-gedə aralanmağa başlayıblar. 250 metrlik bölümdə təmsilçilərimiz 51,91 saniyə nəticə ilə öndə olduqları vaxt ən yaxın rəqib braziliyalı duet 0,20 saniyə geridə olub. Yürüşün yarısında 1 dəqiqə 45,77 saniyə göstəriciyə malik duetimiz artıq ən yaxın rəqibini 2,45 saniyə qabaqlayıb. 750 metrlik bölümü 2 dəqiqə 41,03 saniyəyə keçən kanoeçilərimiz braziliyalı cütlükdən 3,82 saniyə öndə olub. Nəhayət, Bezuqlıy – Prokopenko dueti finişə 3 dəqiqə 38,042 saniyəyə birinci çatdığı halda, Siva – Oliveyra cütlüyü 3 dəqiqə 41,014 saniyə nəticə ilə ikinci yeri tutub.
Bununla da azərbaycanlı duet birbaşa əsas finala çıxıb. Sonrakı yerlərin sahibləri – müvafiq olaraq, braziliyalı cütlük, Pekin Yay Olimpiya Oyunlarının qalibləri Andrey və Aleksandr Baqdanoviç qardaşları (3:42.599), 2011-ci il dünya çempionları Liviu Lazar-Dumitresku – Viktor Mixalaki cütlüyü (3:43.787), Torres – Bulnes dueti (3:44.341) və Henrikes – Pakavira dueti (4:16.478) yarımfinalda da mübarizə aparacaqlar.
Digər qrupda 1-ci yeri tutmuş Peter Kretşmer – Kurt Kuşela (Almaniya) dueti (3:34) də finala yüksəlib. Sonrakı yerləri tutmuş rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:37.568), çinli Maosinq Huanq – Li Kianq (3:38.483), çexiyalı Yaroslav Radon – Filip Dvoryak (3:38.711), polşalı Martsin Qrjibovski – Tomaş Kaçor (3:38.759) və avstraliyalı Aleks Haas – Ceyk Donagey (3:52.589) cütlükləri yarımfinalda da mübarizə aparacaqlar.
Qeyd edək ki, hər yarımqrupda ilk 3 yeri tutmuş duetlər əsas finala yüksələcəklər.

761