Cavadov, Jaba, Roşa və Todorov da “Bakı”dan qovuldu
Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, baş məşqçi Aleksandr Starkovun istəyilə Vaqif Cavadov, Jaba, Leandro Roşa və Radomir Todorov komandadan kənarlaşdırılıb.
Cənubi amerikalı hücumçular Jaba və Roşa hələ qışda təlim-məşq toplantısına gecikdikləri üçün Starkovun qəzəbinə tuş gəlmişdilər. Lakin çox keçmədən onlar əsas heyətə qaytarılmışdılar. Azərbaycan yığmasının forvardı Cavadov mövsümün əvvəllərində Hollandiyanın “Tvente” klubundan icarəyə götürülsə də, ümidləri doğrultmayıb. Bolqarıstanlı müdafiəçi Todorov isə qışda cəlb olunduğu “Bakı”da istənilən oyunu sərgiləyə bilməyib.
Beləliklə, 2010-2011-ci il mövsümünü uğursuzluqla başa vurmuş “Bakı”nı tərk edənlərin sayı 12-yə çatıb. Daha öncə klub rəhbərliyi yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo, moldovalı hücumçu Vyaçeslav Sofroni, bosniya və herseqovinalı hücumçu Saşa Kaykutla yollarını ayırıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12