                        Georgi Adamiya ilk dəfə yığmaya çağırıldı
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın məlumatına görə, qonşu ölkə yığmasının baş məşqçisi Temuri Ketsbaya 30 nəfərlik siyahıya ilk dəfə Adamiyanın da adını daxil edib. 
Onlar iyunun 4-də Xorvatiyaya qarşı 2012-ci il Avropa çempionatının seçmə qrup matçında iştirak edəcəklər. Siyahıda Adamiyadan əlavə, daha 7 futbolçu yer alıb. Ketsbaya “Qarabağ”ın hücumçusu ilə yanaşı, 3 futbolçunu da ilk dəfə sərəncamında görəcək. Hazırlıq prosesi mayın 23-də start götürəcək.
Qeyd edək ki, Georgi Adamiya bu mövsüm Unibank Premyer Liqasında 18 qol vurub. O, ən yaxın izləyicisi Bahodir Nasimovu (“Neftçi”) 3 top qabaqlayıb.