“Kiyev “Dinamo”sunun təklifindən imtina etdim” – CANLI ƏFSANƏ
Artıq 100 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan futbolunun bu müddətdə ən böyük uğuru hamıya məlumdur. Bu, 1966-cı ildə “Neftçi”nin SSRİ çempionatında bürünc medal qazanmasıdır. Həmin heyətdə milliyətcə azərbaycanlı futbolçuların sayı isə çox az olub. Onlardan biri bu yaxınlarda 70 illik yubileyini qeyd etmiş Yaşar Babayevdir. Onunla Lent.az-ın “Canlı əfsanə” layihəsi üçün söhbətin hansı məkanda gedəcəyini öncədən təxmin etmişdim. Çünki Babayevi digər veteran futbolçularla daim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ərazisindəki otaqda görmək olar. Onlar tələbələrə dərsləri də orada öyrədirlər, hətta zərurət yaranarsa, yeməklərini də orada yeyirlər. Zənnimdə yanılmadım. Veteran futbolçu məni elə həmin məkanda gözləyirdi...
Elektrik-montyorluqdan futbola
1941-ci il aprelin 21-də Gəncə şəhərində anadan olmuşam. 7-ci sinfi bitirdikdən sonra şəhərin texniki peşə məktəbinə daxil olmuşam. Sənətim elektrik-montyor olub. 1959-cu ildə məktəbi başa vurduqdan sonra dəmir yolundakı elektrik stansiyasında elektrik-montyor işləməyə başlamışam. Həmin illərdə futbolla da məşğul olurdum. Gəncə dəmiryol idarəsinin “Lokomotiv” komandası var idi. Həmin komandada əvvəlcə sol kənar, sonra isə mərkəz müdafiəçisi mövqeyində oynamışam. O vaxtlar şəhər birinciliyində iştirak etdiyimiz vaxt oyunumu Valentin Xlıstov da izləmişdi. 4 ay elektrik montyoru işlədikdən sonra məni ustalardan ibarət “Toxucu”ya götürdülər. Həmin komanda SSRİ çempionatının ikinci liqasında çıxış edirdi. Elə ilk oyundan əsas heyətdə yer almağa başladım.
Kiyev “Dinamo”sunun təklifini ailəsinə qurban verib
Sonradan “Dinamo” adlandırılan komanda 1962-ci ildə SSRİ birinciliyinin 1/8 finalına çıxdı. Rəqib isə Kiyev “Dinamo”su idi. Gəncədə keçirilən görüşdə biz 2:1 hesabı ilə qalib gəldik. O vaxtlar Ukrayna klubunun bütün oyunçuları – Boris Razinski, Leonid Ostrovski, Andrey Biba, Viktor Kanevski, Oleq Bazileviç, Yuri Voynov, Valeri Lobanovski və digərləri SSRİ yığmasının üzvləri idilər. Oyundan sonra Kiyev “Dinamo”su ilə birgə çörək yeyirdik. Ofisiant gəlib mənə dedi ki, səni çağırırlar. Getdim. Gördüm ki, birinci katib Tofiq Bağırov, polis rəisi Baxış Mehdiyev və digərləri stol arxasında nahar edirlər. Onlara yaxınlaşdım. Bağırov mənə dedi: “Kiyev “Dinamo”sunun baş məşqçisi Viktor Maslov səni komandasına dəvət edir, özü ilə aparmaq istəyir”. O vaxtlar ailəmiz kasıb idi. 1959-cu ildə atamı itirmişdim. 1 qardaşım, 2 bacım var idi. Anamla qalırdım. 17 yaşım var idi. Həm də o vaxtlar Ukrayna SSRİ-nin tərkibində müttəfiq respublika olsa da, Azərbaycandan kənara çıxan hər bir şəxsə güclü nəzarət var idi. Gəncə doğulub boya-başa çatmış şəxs kimi Azərbaycandan kənarda qala bilməzdim. “Gedə bilmərəm, anamdan kənarda qala bilmərəm” cavabını verdim. Beləliklə, Kiyevə getmədim. Getsəydim, SSRİ yığmasına düşəcəkdim. Ailəmi daha zəngin ola biləcək karyerama qurban verdim.
“Torpedo” OİK-ə qəsdən uduzdu ki, “Neftçi” ikinci yeri tutmasın”
Bu aralar “Neftçi”dən də teleqramlar gəlirdi. Nəticədə 1962-ci ildə məni bu komandaya götürdülər. “Neftçi”yə gəldiyim gündən əvəzedici heyət görmədim. Əsas heyətdə özümə yer tapdım. Çıxış etdiyim mövqedə Adil Babayev, Akif Manafov, Vyaçeslav Lyoqkiy kimi güclü futbolçular var idi. Onların arasında özümə yer tapmağı bacardım. Bakıda çıxış edəndə də evimiz üçün darıxırdım. Hər oyundan sonra Gəncəyə gedirdim. 1972-ci ilədək “Neftçi”də çıxış etdim. Təbii ki, ən yaxşı mövsümümü 1966-cı ildə “Neftçi”də keçirdim. Həmin il SSRİ çempionatında bir çox güclü komanda arasında bürünc medal qazanmaq çox çətin bir iş idi. Nəinki bürünc, hətta gümüş medallara layiq komanda idik. Yadımdadır, Moskva “Torpedo”su Rostov OİK-inə bilərəkdən uduzdu ki, biz üçüncü yerə düşək. Əks halda, “Neftçi” ikinci yeri götürə bilərdi. Nəticədə Kiyev “Dinamo”su 63 xalla qızıl, OİK 47 xalla gümüş, “Neftçi” isə 45 xalla bürünc medal qazandı. Halbuki “Neftçi” ikinci yeri götürməli idi. Rusiyanın da komandası mükafatçılar sırasında olsun deyə, “Torpedo” OİK-ə bilərəkdən uduzdu. Belə söz-söhbətlər “Neftçi”nin Kiyev “Dinamo”suna səfərdə 2:1 hesabı ilə qalib gəldiyi oyunu barədə də çıxmışdı. Guya bir kisə pul aparıb vermişdik ki, uduzsunlar. O vaxtlar “Neftçi” barədə şayiələri daha çox ruslar yayırdılar. Görünür, bizim Moskva “Spartak”ını böyük hesabla məğlub edərək medalsız qoymağımız ruslara pis təsir etmişdi. Həmin oyunadək “Neftçi”nin 43, “Spartak”ın 42 xalı var idi. O vaxtlar qələbəyə 3 yox, 2 xal verirdilər. Komandamızın moskvalılarla görüşünü 3 dəfə dəyişdirdilər. Elə düşündülər ki, “Neftçi”ni bu yolla uduzdura biləcəklər. Lakin oyun zamanı azarkeşlər “Neftçi”yə böyük dəstək verdilər. Onlar “Bronza – nam, ostalnıe vam” (“Bürünc bizə, qalanlar sizə”) yazılmış plakat nümayiş etdirirdilər.
“SSRİ yığmasına futbolçu götürəndə milliyyətinə baxırdılar”
1966-cı ildə SSRİ yığması da dünya çempionatında bürünc medal qazandı. O vaxtlar birinci yeri tutana qızıl medal, ikinci yerin sahibinə gümüş, üçüncü yeri tutana qızıl suyuna salınmış gümüş medal, dördüncü yeri qazanana isə bürünc medal verirdilər. Ona görə də SSRİ yığması 3-cü yer uğrunda görüşdə Portuqaliyaya uduzsa da, bürünc medal qazandı. Dünya çempionatına “Neftçi”nin 2 futbolçusu aparılmışdı: Anatoli Banişevski və Eduard Markarov. Sonralar Kazbek Tuayev və Vitali Şevçenko da yığmaya dəvət aldı. Mənim çağırılmamağıma gəldikdə, açığı, milliyyət məsələsi də müəyyən qədər rol oynayıb. Həmişə çalışırdılar ki, SSRİ yığmasında xristianlar oynasın. Yığmaya götürəndə onun millətinə baxırdılar. Məşqçilər belə şeylərə çox ciddi fikir verirdilər. Bir dəfə belə bir əhvalat olmuşdu. Sol cinah müdafiəçisi mövqeyində çıxış edirdim. O qədər aktiv idim ki, tez-tez hücuma qoşulurdum. Hətta oyunların birində mənim ötürməmdən sonra qol da vurdular. Ertəsi gün “Sovetskiy sport” qəzetinə müsahibəsində SSRİ yığmasının 3 aydır təyin olunan baş məşqçisi Nikolay Morozov “Yaşar Babayevin oyunu çox xoşuma gəldi. Onun oyununa bir də baxmaq istərdim” demişdi. Amma bilmirəm, yenə oyunumu izlədi, yoxsa... Hər halda yığmaya çağırılmadım. Hətta “Neftçi”yə götürəndə də futbolçunun milliyyətinə baxırdılar. Vaxtilə dostum və bacanağım Müzəffər Qasımovu da “Neftçi”yə dəvət etmişdilər. Bir-iki gündən sonra o vaxtkı baş məşqçi Ələkbər Məmmədov mənə dedi ki, Qasımov bir-iki gün gözləsin, cavabını deyərəm. Müzəffərə bunu söylədikdə, Gəncəyə qayıtmaq istədiyini bildirdi. Amma digər tərəfdən, yaxşı futbol oynamağı bacaran azərbaycanlı futbolçuların sayı çox olmayıb. 1950 - 1960-cı illərdə demək olar ki, belə oyunçular yox idi.
“Rəqibi sol tərəfimə çəkirdim”
O vaxtlar SSRİ yığmasına “Neftçi”dən 2 nəfər düşmüşdüsə, bu, böyük şey idi. Bir maraqlı əhvalat danışım: Rəhmətlik Anatoli Banişevski 1966-cı il dünya çempionatından qayıtdıqdan sonra “Neftçi”nin heyətində məşqə çıxmışdıq. Əsas heyətlə əvəzedici komanda oynayırdı. Mənə zarafatyana müraciətlə, “Ə, kəndçi, sən yığmaya düşmək istəyirsən? Morozov səni çağırmaq istəyir? Bir də çağırmaz” deyə əsas heyətin digər üzvləri ilə birgə məni keçib qapıya zərbələr vurdu. Futbolçu karyeram ərzində kobud olmamışam. Slava Metreveli, Mixail Mesxi, Eduard Malofeyev kimi sürətli və ağıllı futbolçulara qarşı oynamışam. Çalışırdım ki, rəqibimi güclü tərəfimə buraxım. Yəni, rəqibim məni soldan keçməyə cəhd etsin. Bir-iki dəfə hər hansı rəqibindən top alırdınsa, komanda yoldaşları artıq ona top vermirdilər. Həmişə çalışmışam ki, rəqib oyunçunu qabaqlayım, topu qəbul etməyə qoymayım. Bu, mənim ən yaxşı cəhətlərimdən biri idi. Rəqib məndən ucaboylu olsa belə, ondan topu götürür və komanda yoldaşıma ötürürdüm. Bax, məndə belə xüsusiyyətlər olub. Gəncədə oynadığım vaxt Valentin Xlıstov, İsay Abramaşvili kimi futbolçular bu xüsusiyyətlərimi bəyənirdilər. Solaxay olduğumdan, mənə qarşı oynamaq çox çətin idi. Texniki peşə məktəbində oxuduğum vaxt bütün idman növləri ilə məşğul olmuşam. Həmin məktəbdə bir boksçu var idi: Volodya müəllim. Mənə dedi: “Tennis, voleybol, basketbol oynayırsan, bir boksa da gəl də...” Nə isə, boksla məşğul olmağa başladım. Bir-iki məşq etdim. Əli adlı qrup yoldaşım var idi. Volodya müəllim mənim Əli ilə rinqə çıxmağımı istədi. Döyüşməyə başladıq. Bir az keçmişdi ki, soldan ona bir zərbə vurdum, burnu qanadı. O isə məni söyməyə başladı. Mən buna görə Əlini çölə çağırdım. Bunu görən Volodya məni çağırdı və “Dalaşmaq istəyirsənsə, burda dalaş. İstəmirsənsə, əlcəyini çıxar, sürüş burdan” dedi.
Ot biçə-biçə direktor olub
Təkcə SSRİ çempionatında 199 oyun keçirdim. Eləcə də SSRİ kuboku qarşılaşmalarında forma geyindim. Futbolu tərk etməyim isə belə oldu: O vaxtlar təsərrüfat işləri ilə də məşğul olurdum. Meydançanın otunu biçirdim, kömək edirdim. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Əli Əmirov və tanınmış mühəndis Əliş Ləmbəranski və “Azneft”də baş mühəndis işləyən Abram Barudin mənə “Neftçi”nin o vaxtkı bazasında direktor işləməyi təklif etdilər. Razılıq verdim. 1972 - 1988-ci illərdə direktor vəzifəsində çalışdım. “Neftçi” komandası bütün təlim-məşq toplantısını orada keçirirdi. Texnikadan anlayışım olduğundan, meydançanı özüm biçirdim. 1985 – 1998-ci illərdə Bakı şəhər Baş Təhsil İdarəsinin İxtisaslaşdırılmış Futbol Məktəbində direktor işlədim. Sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi fəaliyyətə başladım. Hazırda futbol kafedrasında baş müəllim vəzifəsini yerinə yetirirəm.
“Əhməd Ələsgərovun tələbkarlığı bəzi futbolçuların xoşuna gəlmirdi”
Bürünc medal qazandığımız vaxt baş məşqçimiz olan Əhməd Ələsgərov vaxtilə çox yaxşı futbolçu olub. Yarımmüdafiəçi mövqeyində oynayıb. Məşqçiliyi isə ondan da yaxşı olub. Ələsgərovun məşqçilik fəaliyyəti elə bir vaxtda başladı ki, bizdən cəmi 4-5 yaş böyük idi. Buna baxmayaraq, onun hər bir tapşırığını lazımi dəqiqliklə yerinə yetirirdik. Bürünc medalın qazanılmasında Əhməd Lətifoviçin həddən artıq əməyi olub. Buna görə Ələsgərova həddən artıq borcluyuq. Həmin ərəfədə tez-tez baş məşqçi dəyişiklikləri olurdu. Əhməd müəllim özündən əvvəlki baş məşqçi Boris Arkadyevdən çox şey götürdü. Arkadyev gedəndən sonra Ələsgərov ondan götürdüyünü öz işində göstərdi. Baş məşqçi kimi hər şeyi futbolçulara dəqiq izah edirdi. Onun əməyi çox böyük olub. Sadəcə, çox tələbkar olması futbolçulardan bəzilərinin xoşuna gəlmirdi. Hətta qruplaşma yaratma halları da olurdu. Kimlərin qruplaşma yaratdığını açıqlamaq istəmirəm. Ona görə də məşqçilər tez-tez dəyişirdilər. Bunlara baxmayaraq, “Neftçi” ən böyük uğurunu məhz Ələsgərovun dövründə qazanıb.
“Adil Babayev aut atanda şortiki aşağı düşdü”
Futbol oynadığımız illərdən maraqlı xatirələrim qalıb. Bir dəfə Ukraynanın Donetsk şəhərində futbol oynamışdıq. Yaxşı da çıxış etmişdik. Oyundan sonra bizi şam yeməyinə buraxdılar. Şəhərdə qələbəni qeyd etdik, bir qədər spirtli içki içdik. Saat 23:00 radələrində mehmanxanaya qayıtdıq. Bizi içəri buraxmırdılar. Birtəhər içəri girdik. Komanda yoldaşlarım bir qədər yüksəkdən danışırdılar. Növbətçi gəlib dedi ki, sakit danışın, almaniyalı turistlər gəlib. Rəhmətlik komanda yoldaşım Adil Babayev isə belə cavab verdi: “Nə? Almanlar? Onları ayıldın! Bilirsinizmi ki, 1941-ci il iyunun 22-də gecə saat 4 radələrində almanlar bizi oyadıblar? Vətəndaşlarımızı öldürüblər. Onlara bizi ayıltmaq olar, biz onları ayılda bilmərik?” Bir hadisə də danışım: Rəhmətlik Anatoli Banişevskidən 11 metrlik nöqtədə jurnalist müsahibə götürürdü. Mən də qapının arxasından keçirdim. Jurnalist məni gördükdə, “Bəlkə Siz də Banişevski haqda bir neçə kəlmə danışasınız. 100 qol həddini keçərək, Qriqori Fedotov klubuna daxil olub” dedi. Mən isə bunları söylədim: “Əvvəla, Toliki təbrik edirəm. Digər tərəfdən, o, 103 qolun hardasa 50-sini mənim qolumdan sonra vurub”. Bunu eşidən Banişevski “Ə, kəndçi! Sən heç topu cərimə meydançasına qədər vura bilirdin ki...” dedi. Rəhmətlik Adil Babayev daim şortikini aşağıda saxlayardı. Ukraynanın Donetsk şəhərində “Şaxtyor”u 1:0 hesabı ilə uduruq. Adil aut atanda şortiki aşağı düşdü. Donetskli azarkeşlər qışqırmağa başladılar. Az qala döymək istəyirdilər. Çoxları elə bilirdilər ki, Adil Babayevlə qardaşıq. Amma əslində qardaşdan da yüksək səviyyədə münasibətlərimiz var idi. Ailəvi gediş-gəlişimiz var idi. İndiyədək də onun ailəsi ilə əlaqələrimiz var. Banişevskinin ailəsi ilə də yaxınıq. Qızı oğlumla bir sinifdə oxuyub. Rəhmətlik heç vaxt “Mən futbolçuyam” deməzdi. Çox sadə oğlan idi.
Narazı və razı olduqları
Futbolumuzun hazırkı vəziyyətində çox şeydən narazıyam. Məsələn, klublarımızda baş məşqçilər legionerlərə çox üstünlük verirlər. Halbuki həmin legionerin hazırlıq səviyyəsi yerli futbolçu ilə eynidir. Bütün komandaların öz futbol məktəbləri, bütün yaş qrupları üzrə komandaları var. Lakin bilmirəm, məşqçilərin normal çalışmamasından, yoxsa tələbkar olmamasından irəli gəlir ki, daha səviyyəli futbolçular yetişmir. Əvvəllər hər həyətdə uşaqlar 7-8 yaşlarından futbol oynayırdılar. Uşaqlar oradan çıxanda komandaya hazır vəziyyətdə gəlirdilər. Amma indi küçə futbolu yoxdur. Bu isə demək olar ki, “bizim evimizi yıxıb”. Meydançaların yerində binalar tikilir. Futbol oynamağa yer tapılmır. Hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Mənə elə gəlir ki, bu proqram tədricən öz əksini gənc futbolçuların yetişdirilməsində tapacaq. Hazırda veteran futbolçulara göstərilən qayğıdan razıyam. “Neftçi” klubundan 70 manat, AFFA-dan 180 manat təqaüd alıram. Bir var ki, heç nə olmaya. Bir də ola ki, nə isə var. Tədbirlərə dəvət edirlər. Akademiyada müəllim işləyirəm. Nə biliriksə, nəzəri və praktiki cəhətdən öyrətməyə çalışırıq. Tələbələr də özlərində məsuliyyət hiss edirlər.
“4 nəvəm, 1 nəticəm var”
Bakıya gəldikdən sonra sevdiyim qızla görüşürdüm. İndi o, həyat yoldaşımdır və mənə 1965-ci ildə qız, 1967-ci ildə isə oğul bəxş edib. Hazırda 4 nəvəm, 1 nəticəm var. Oğlum Fuad Babayev futbolçu olub. “Şəmkir, “Gəncə” klublarında çıxış edib. Amma futbolu tez atdı. Əsgərlikdən qayıtdıqdan sonra böyrəyindən əməliyyat olundu. Ona görə karyerasını başa vurdu. İndi inşaatçıdır, kafel-parket quraşdırır. Kiçik nəvəm futbola gedir. 1997-ci il təvəllüdlülərdən ibarət “Təhsil” komandasında məşğul olur.
Elşən MƏMMƏDOV

1948