Qurban Qurbanov: “İnter”lə matçda dəyişikliklərin olması mümkündür”
Lent.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlama verib.
O, aprelin 18-dən etibarən 6 futbolçusunun Azərbaycan yığmasının heyətində Almaniyada keçirilən tibbi müayinədə iştirak etdiyini xatırladıb. Qurbanov bildirib ki, Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov, Əfran İsmayılov, Vüqar Nadirov və Rauf Əliyev bu gün qayıdacaqlarından, aprelin 24-də keçiriləcək görüşə tam heyətlə hazırlıq üçün cəmi 2 gün vaxtları olacaq. Əvəzində “İnter”in cəmi 2 oyunçusu – Volodimir Levin və Aleksandr Çertoqanov yığmanın düşərgəsindədir.
Gənc mütəxəssis “İnter”lə görüşün olduqca çətin keçəcəyini söyləyib: “Çalışacağıq ki, maksimum ideal səviyyədə meydana komanda çıxaraq. Dəyişikliklərin olması mümkündür. “İnter”lə oyun olduqca çətin keçəcək. Onlar son vaxtlar uğurlu çıxış edirlər. Oyunlarında həqiqətən artım var. Üstəlik, Kaxaber Tsxadadze kimi bacarıqlı baş məşqçiləri var. Son zamanlar artırdıqlarını görsək, bizimlə oyuna qələbə üçün çıxacaqlarını gözləmək olar. Təbii ki, biz də eyni məqsəd üçün mübarizə aparacağıq. Final mərhələsinin ilk turunda da “İnter”lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi. Sona 5 tur qaldığından, oyunlar daha da gərgin keçəcək. “İnter” ölkənin son çempionudur. Bu səbəbdən, onları hesabdan silmək düzgün deyil”.
Qeyd edək ki, aprelin 24-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “İnter” matçı saat 16:30-da başlanacaq.

Oxşar yazılar

Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13