Şahzadə Haya bint əl-Hüseyn Bakıda at yarışları izləyəcək
Lent.az-ın məlumatına görə, aprelin 21-də start götürəcək turnirin təşkilatçısı Azərbaycan Respublikası Atçılıq Federasiyasıdır. Dörd gün davam edəcək turnirə Azərbaycan, Rusiya, Bolqarıstan, Gürcüstan, Polşa, Moldova və Belarusdan 14 idmançı və 28 baş at qatılacaq. Azərbaycanı “Sərhədçi AİK”, “Günay AT”, “Murad AİK”in idmaçıları ilə yanaşı, milli komandamızın üzvləri Camal Rəhimov, Patrik MakEnti və Françesko Franko təmsil edəcək. Yarışlara hər gün saat 15:00-da start veriləcək.
Əvvəlcə açılış yarışı (maneələrin maksimal hündürlüyü 145 sm), ikinci və üçüncü gün vaxta qarşı yarışlar (maneələrin maksimal hündürlüyü 145 sm), sonuncu gün isə “Grand Prix” final yarışları (maneələrin maksimal hündürlüyü 160 sm) təşkil olunacaq. Turnirin ümumi mükafat fondu 261 000 dollar təşkil edir. Yarışları Türkiyə, İran, Rusiya və Belçikadan dəvət olunmuş hakimlər kollegiyası idarə edəcək. Bununla yanaşı Heydər Əliyev Kubokunu izləyənlər sırasında Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya bint əl-Hüseyn və digər fəxri qonaqlar yer alacaq.
Qeyd edək ki, atçılığın konkur növünün yarışları maksimal olaraq 5* kateqoriyalı olur. Bu turnir Azərbaycanda, həmçinin Cənubi Qafqazda keçiriləcək ilk 4* kateqoriyalı turnir hesab edilir.

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39