Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 5 gün davam edəcək çempionatda ölkəmiz 8 kişi, 8 qadın idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsinə Samir Aydınov (54 kq), Ziya Qasımov (58 kq), Fariz Əliyev (63 kq), İlkin Şahbazov (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlov (+87 kq), qadınların yarışına isə Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Vonkyuq Kim (67 kq), Yelena Abbasova (73 kq) və Fəridə Əzizova (+73 kq) qatılacaq.
Taekvondo yığmamız dünya çempionatına hazırlıqları başa vurmaq üçün artıq yarışın keçiriləcəyi məkana yola düşüb. İdmançılarımız yığmamızın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin, məşqçilər Conq Conqbay, Elnur Amanov və Niyaməddin Paşayevin, həmçinin Sunmi Parkın rəhbərliyi altında hazırlaşırlar. Onlar məşqlərdən əlavə, təcrübəli yerli klublarla yoxlama görüşləri də keçirəcəklər.
Qeyd edək ki, yarışdan əvvəl Ümumdünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin toplantısı, eləcə də Taekvondo üzrə Beynəlxalq Elmi Simpozium keçiriləcək.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12