Berti Foqts “güləyən futbolçu”nu həkimdən keçirməyə aparır
Lent.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts 24 futbolçuya dəvət göndərib.
Onların arasında 2012-ci il Avropa çempionatının son seçmə qrup matçında Belçikaya 1:4 hesablı məğlubiyyətdə iştirak etmiş yığma üzvlərindən Mahir Şükürov və Cavid Hüseynov, həmin oyuna çağırılan, lakin meydançaya çıxmayanlardan isə Elnur Allahverdiyev, Fərhad Vəliyev, Saşa Yunisoğlu, Samir Abasov və Qara Qarayev yoxdur. Şükürov “Qəbələ” ilə müqavilə imzaladıqdan sonra 10 günlük istirahətə çıxıb. Yığmadakı komanda yoldaşları tibbi müayinədən keçdikləri vaxt o, İspaniyada “Real Madrid”lə “Barselona” arasında keçiriləcək derbini izləyəcək.
Elnur Allahverdiyev ötən həftəsonu “Qarabağ”la Unibank Premyer Liqası matçından sonra nizam-intizamı pozduğu üçün “Xəzər Lənkəran”dan kənarlaşdırılıb. Foqts da Allahverdiyevi tibbi müayinəyə aparmağa ehtiyac duymayıb. Fərhad Vəliyev, Saşa Yunisoğlu, Samir Abasov və Qara Qarayevin dəvət almamasının ehtimal olunan səbəbi isə məlum deyil. Amma Foqts Belçika ilə görüşdən sonra “Biz uduzmuşuq, o isə gülür” deyə kəskin tənqid etdiyi Vaqif Cavadovu yenidən millinin sıralarında görmək istəyib.
4 gün davam edəcək tibbi müayinəyə dəvət alan futbolçular:
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andriy Popoviç (“Abşeron”)
Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Volodimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Usim Nduka (AZAL), Rail Məlikov (“Neftçi”), Cəmşid Məhərrəmov (“Bakı”), Ruslan Əmircanov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Aqil Nəbiyev (AZAL)
Yarımmüdafiəçilər: Amit Quluzadə (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Elnur Abdullayev (“Xəzər Lənkəran”), Araz Abdullayev (“Neftçi”), Elvin Məmmədov (“Qarabağ”), Əfran İsmayılov (“Qarabağ”)
Hücumçular: Arif İsayev (“Qəbələ”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”).

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12