9 qat olimpiya çempionu siyasətə keçdi
13 aprel 2011 10:52 (UTC +04:00)

9 qat olimpiya çempionu siyasətə keçdi

Lent.az-ın “Philadelphia Inquirer” nəşrinə istinadən verdiyi məlumata görə, Lüis bu niyyətini mətbuat konfransında açıqlayıb.

Yerli məktəblərdən birində atletika komandasını hazırlayan veteran idmançı daha ştatda xeyirxahlıqla məşğul olmaqla kifayətlənmək istəmədiyini söyləyib. Lüisin namizədliyini verəcəyi 7 dairə respublikaçılarla əhatələnib. Senatda dairənin nümayəndəsi Don Mari Addienqo sayılır. Onun səlahiyyət müddəti isə tezliklə başa çatır. Digər tərəfdən, hər iki palatada çoxluq demokratlara məxsusdur. Nyu-Cersi qubernatoru kreslosu respublikaçı Kris Kristiyə məxsusdur. Əlverişsiz şəraitə baxmayaraq, respublikaçılar Lüisin namizədliyini irəli sürməsinə ciddi yanaşırlar.

Qeyd edək ki, Karl Lüis ilk qızıl medalını 1983-cü il dünya çempionatında qazanıb. Növbəti il o, ilk dəfə olimpiya çempionu olub. Lüis medallara 100 metr və 200 metr məsafələrə qaçışda, 4X100 metr məsafəyə estafet qaçışında və uzununa tullanmada sahib çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar