Elnur Allahverdiyev: “Məndən dopinq-test götürülüb”
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırılan futbolçusu Elnur Allahverdiyev deyib.
28 yaşlı müdafiəçi bildirib ki, dopinq-testin cavabı, götürüldükdən iki həftə sonra AFFA-ya göndərilib. Allahverdiyevin fikrincə, nəticə müsbət olsaydı, yəni orqanizmindən istifadəsi qadağan olunmuş dərman izləri tapılsaydı, o, nə millimizin əsas heyətində Avstriya və Türkiyə ilə növbəti görüşlərdə, nə də “Xəzər Lənkəran”ın heyətində Unibank Premyer Liqası və NBC Bank Azərbaycan Kuboku qarşılaşmalarında iştirak edərdi.
Təcrübəli futbolçu millimizin Belçika ilə martın 29-da keçirdiyi oyun öncəsi təlim-məşq toplantısını zədə səbəbindən tərk etdiyini bir daha vurğulayıb. O, “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırılmasını “Qarabağ”la aprelin 10-da keçirdikləri oyundan sonra nizam-intizamı pozması ilə əlaqələndirib.
Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Elnur Allahverdiyev komanda yoldaşı Dieqo Souza ilə kəskin mübahisə edib. Kollektivin gözləri qarşısında baş verən bu olaydan sonra “Xəzər Lənkəran” rəhbərliyi təcili iclas keçirərək, Allahverdiyevi əsas heyətdən xaric edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26