Mirça Rednikdən “Xəzər Lənkəran” üçün qeyri-adi jestlər
Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, rumıniyalı mütəxəssis aprelin 10-da “Qarabağ”la Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda keçirdikləri oyundan sonra komandasını Lənkərana aparmayıb. Rednik futbolçulara 3 gün istirahət verib. Bu müddətdə Bakıda mənzili olanlar öz evlərində, olmayanlar isə 5 ulduzlu “Ramada” otelində qalacaqlar. “Xəzər Lənkəran” aprelin 16-da “İnter”lə keçirəcəyi növbəti oyunun hazırlıq prosesinə sabah başlayacaq. İlk məşq Lənkəran şəhər stadionunda saat 17:00-a təyin olunub.
Hacıyev bildirib ki, indiyədək “Xəzər Lənkəran”da çalışmış mütəxəssislər arasında Rednik kimisinə rast gəlməyib: “Hazırkı baş məşqçimizə qalması üçün mənzil və avtomobil təklif etsək də, bunlardan imtina edib. Rednik klubumuzun bazasında futbolçularla birgə qalır, komandamızın avtobusunda gəzir. O, müxtəlif adlarla “Xəzər Lənkəran”ı xərcə salan məşqçilərdən deyil. Əksinə, özü kimsəsizlərə, ehtiyacı olanlara əl tutur”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26