8-7=0...
12 aprel 2011 11:46 (UTC +04:00)

8-7=0...

Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, federasiya rəhbərliyinin son anda çıxardığı qərara əsasən, çempionata 56 kq çəki dərəcəsində bolqarıstanlı legioner Valentin Xristov göndərilib. Xristov iki hərəkətin cəmində 262 kq (115 kq + 147 kq) nəticə göstərərək, birinci yeri tutub. Lakin ona qızıl medal verilməyib və nəticəsi ləğv olunub. Əsgərov bildirib ki, AAAF rəhbərliyi Avropa çempionatında Azərbaycan əleyhinə müəyyən addımların atılacağını ehtimal edərək belə qərar qəbul edib: “Hər dəfə Avropa çempionatımızda ağırlıqqaldıranlarımıza nə isə edirlər. Müəyyən qüvvələr idmançılarımızın uğurlarına mane olmağa çalışırlar. Əvvəllər Nizami Paşayevin, ötən il isə Zülfüqar Süleymanovla Rövşən Fətullayevin medalları əllərindən alınıb. Səbəb kimi onların orqanizmindən istifadəsi qadağan olunmuş dərman izlərinin tapıldığı göstərilib. Halbuki dünya çempionatında heç vaxt belə halla rastlaşmamışıq. Bəlkə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayanla yaxın olduğumuz üçün belə edirlər. Çünki Avropa Ağırlıqqaldırma Federasiyası rəhbərliyi ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında münaqişə var”.

AAAF rəsmisi Xristovun Avropa çempionatındakı nəticəsinin ləğvinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, hazırda Bolqarıstan Ağırlıqqaldırma Federasiyası mövcud deyil: “Ölkənin idman nazirliyi bu federasiyasını ləğv edib. Çünki federasiyanın 3 rəhbəri var. Buna görə də biz Valentin Xristovu transfer edərkən, Bolqarıstan tərəfinin razılığını ala bilmədik. Avropa Ağırlıqqaldırma Federasiyası Xristovun çempionata qatılmasına icazə versə də, Bolqarıstan Ağırlıqqaldırma Federasiyasının prezidentlərindən biri olan Anton Kocabaşev onun medal qazanmasına maneçilik törədib. Kocabaşev Ayanla danışaraq, onu bolqarıstanlı idmançının ölkəmizin adından çıxışının yolverilməzliyinə inandırıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidentinin bizimlə münasibətləri yaxşı olsa da, Bolqarıstan tərəfinin iddialarını rədd edə bilməyib”.

Qeyd edək ki, öncədən Avropa çempionatında kişilərdən Elmar Alıyev, Valentin Xristov (hər ikisi 56 kq), Sərdar Həsənov (69 kq), Namiq Cəmilov (85 kq), qadınlardan isə Silviya Angelova (48 kq), Səbinə Rzayeva (69 kq), Rumyana Petkova (75 kq) və Yuliya Dovqalın (+75 kq) iştirak edəcəyi açıqlanmışdı.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar