Foqts “Neftçi”ni Dortmund “Borussiya”sına bənzətdi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Neftçi”nin rəsmi saytına fikirlərini bildirib. Lent.az-ın məlumatına görə, flaqmanın məşqini izləməkdə əsas məqsədinin nədən ibarət olduğunu açıqlayan almaniyalı mütəxəssis Unibank Premyer Liqası barədə də proqnoz verib.
Foqts deyib: “Uzun fasilədən sonra Amit Quluzadənin, eləcə də Rail Məlikovun klubdakı məşqini izləmək istəyirdim. Təkcə “Neftçi” deyil, digər klubların da düşərgələrinə baş çəkib, məşqlərinə baxacağam. Bu gün “Neftçi”nin futbolçuları yüngül məşq edirdilər. Hiss olunur ki, Premyer Liqanın birinci pilləsində qərarlaşdıqlarına görə oyunçular şaddırlar. Komanda mənim çox xoşuma gəldi. “Neftçi”nin heyətindəki bütün yerli futbolçuları tanıyıram, onların potensialına bələdəm. Ancaq ən əsası odur ki, futbolçular məşqdə yox, oyunda özlərini göstərsinlər. Elə futbolçular var ki, məşq üzrə dünya çempionlarıdır, lakin hakimin start fiti çalınan kimi, həyəcandan tir-tir əsirlər. Ona görə də azərbaycanlı futbolçular oyunda nəyə qadir olduqlarını mənə göstərməlidirlər”.
Baş məşqçinin fikrincə, “Neftçi”nin bu mövsüm çempion olmaq şansları çoxdur. Foqts flaqmanın hazırkı durumunu Almaniyada Dortmund “Borussiya”sına bənzədib: “Bu komanda 5 xal fərqi ilə birinci pilləni tutur. “Borussiya" kimi, “Neftçi” də cavan komandadır. Özü də “Neftçi”nin oyununu bəyənirəm. Klub rəhbərliyi komandanın uğurlu çıxışı üçün hər bir şərait yaradıb, əlindən gələni edib. İndi hər şey oyunçulardan asılıdır. Onlar son turlarda var güclərini səfərbər edib, çempionatı qızıl medallarla başa vurmalıdırlar”.

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26