“Bakı”nın baş məşqçisi məhkəməyə verildi
11 aprel 2011 17:07 (UTC +04:00)

“Bakı”nın baş məşqçisi məhkəməyə verildi

Lent.az-ın Latviya mətbuatına istinadən məlumatına görə, Starkovun KNAB şirkətinin sahibinin qızı Alla Yuraşi ilə mülk üstündə çəkişməsi mövcüddur.

Söhbət 727 kvadratmetr ərazidən və içərisindəki villanın kimə məxsus olmasından gedir. 1994-cü ildə Starkov o vaxt sağ olan şirkət rəhbəri Aleksandr Yuraşidən bu ərazinin səhmlərini satın alıb. Ancaq 2005-ci ildə Latviya Dumasının mülklərin qanuniləşdirilməsi ilə bağlı qərarından sonra Alla Yuraşi bu ərazidə olan mülkün onun atasına məxsus olduğunu iddia edərək, Strakovdan məhkəməyə şikayət edib.

Buna baxmayaraq, 2008-ci ildə bu proseslə bağlı Yurmala məhkəməsi məşqçinin lehinə qərar çıxarıb. Bununla barışmayan xanım apelyasiya verməklə, mütəxəssisin yenidən məhkəmə qarşısında cavab verməsini istəyir. Məsələyə Riqanın bölgə məhkəməsində baxılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar