“Mayın 28-də qələbə qazanaraq, Azərbaycan xalqına hədiyyə edəcəyəm” - MÜSAHİBƏ
- Mayın 28-də Çinin Quiyanq şəhərində italiyalı Klemente Russo ilə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli döyüşə çıxacaqsınız. Həmin günün Azərbaycan üçün dəyərini bilirsiniz?
- Xeyr. Açığı, bilmirəm. Hansı gündür?
- Respublika günü.
- Bu lap yerinə düşdü. Qələbə qazanaraq, Azərbaycan xalqına hədiyyə edəcəyəm. Ölkəniz üçün olimpiadaya lisenziya əldə edəcəyəm.
- Siz buna söz verirsiniz?
- Əlbəttə, başqa variant yoxdur. Yalnız qələbə!
- Yəqin ki, sizinlə birgə lisenziya döyüşünə çıxacaq Sultan Migitinov da bu cür düşünür...
- Əlbəttə. Onun da qalib gəlmək şansı var. Fikrimcə, o da qələbə qazanacaq.
- Rəqibiniz haqda hansı məlumatınız var?
- Bilirəm ki, italiyalı Klemente Russo 2007-ci il dünya çempionatında qızıl, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Güclü boksçudur. Bunu qrup mərhələsində hamıdan çox xal toplaması da təsdiqləyir.
- Siz ayrı-ayrılıqda hazırlaşacaqsınız, yoxsa...?
- Xeyr. Birlikdə hazırlaşacağıq. Hər şey rəhbərliyin qərarından asılı olacaq. Ola bilsin, rəhbərlik bizi ABŞ-a təlim-məşq toplantısına göndərəcək. Baxarıq. Hələ vaxtımız var.

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26