“Berti Foqtsa təzyiqlərə ciddi fikir vermək lazım deyil”
11 aprel 2011 14:54 (UTC +04:00)

“Berti Foqtsa təzyiqlərə ciddi fikir vermək lazım deyil”

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sadıqov belə görüşlərin vacib olduğunu söyləyib.
“Sizi klubumuzun bazasında görmək çox xoşdur. Əsas milliyə, eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox oyunçu verən klub “Neftçi”dir. Biz xüsusilə, uşaq və yeniyetmə futbolunun inkişafına böyük önəm veririk. Bu baxımdan yığma məşqçiləri ilə əməkdaşlıq, onlarla fikir mübadiləsi aparmaq gərəklidir” deyə flaqmanın prezidenti bildirib.


O, eyni zamanda, AFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: “Azərbaycanda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır. Bir neçə il əvvəllə müqayisədə istər milli komanda, istərsə də klub səviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son nəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna ciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar qazanacağıq”.

Foqts klub rəhbərliyinin qarşıdakı planları ilə maraqlanıb. Həmçinin, qonaq “ağ-qaralar”a gələcək yarışlarda uğurlar arzulayıb: “Neftçi”nin bazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer Liqanın çempionu olmağa çox yaxındır. Ölkə çempionatında və yayda mübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar