Elnur Əşrəfoğlu: “Neftçi” İbrahim Üzülməzə təklif irəli sürməyib”
Lent.az-ın “İnternetspor”a istinadən verdiyi məlumata görə, guya ki, Üzülməz bu təklif qarşısında qərarsız qalıb.
O, Azərbaycan klubundan düşünmək üçün vaxt istəyib. Daha sonra 37 yaşlı sol cinah yarımmüdafiəçisi təklifi “Beşiktaş” rəhbərliyinə çatdırıb. Klub rəsmilərinin reaksiyası belə olub: “Mövsümün sonunda vida matçını təşkil edək, sonra isə “Beşiktaş”ın ikinci komandasının sükanı arxasına keç. Lakin başqa komandaya getsən, bu təyinatın reallaşması çətinləşər”.
Lakin “Neftçi” rəhbərliyi belə bir məlumatı qətiyyətlə təkzib edib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Lent.az-a açıqlamasında İbrahim Üzülməzin futbolu buraxmasının məqsədəuyğunluğunu bildirib: “İbrahimin hazırda 37 yaşı var. Bu yaşında futbolu buraxmalı, uşaqlara dərs keçməlidir. Biz bilmirik ki, bu xəbəri haradan alıblar. Görünür, kimlərəsə sərf edir. Bir müddət öncə xarici saytlar Aleksey Mixayliçenkonun “Neftçi”yə baş məşqçi gələcəyini yazmışdılar. Klubumuzdan İbrahim Üzülməzə heç bir təklif verilməyib. Onun çıxış etdiyi sol cinahda bizim daha cavan və bacarıqlı futbolçumuz var”.
Qeyd edək ki, İbrahim Üzülməz Türkiyə Superliqasının 21-ci turu çərçivəsində fevralın 13-də “Ankaragücü” ilə keçirilmiş səfər matçından sonra komanda yoldaşı İbrahim Toramana yumruq atdığı üçün qovulub.

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26