“Neftçi” xal, “Bakı” çempionluğu itirdi
11 aprel 2011 10:53 (UTC +04:00)

“Neftçi” xal, “Bakı” çempionluğu itirdi

6 görüşdə qapılara cəmi 10 qol vurulub. İlk “6-lığ”a təsadüf edən 3 görüşdən 2-si heç-heçə ilə nəticələnib. Lider “Neftçi” “İnter”lə səfər matçında məğlubiyyətdən son dəqiqələrdə Flavinyonun penalti zərbəsi ilə qurtulub.

Flaqmanın xal itkisindən nə “Xəzər Lənkəran”, nə də “Qarabağ” yararlanmağı bacarıb. Bu komandalar arasında Suraxanıda keçirilmiş görüşdə fərqlənən olmayıb. Nəticədə lider “Neftçi” ilə ən yaxın izləyicisi “Xəzər Lənkəran” arasındakı 6 xallıq fərq saxlanılıb.

Bu iki görüşdəki xal itkiləri AZAL üçün sərfəli olub. Baş məşqçi Nazim Süleymanovun komandası Şüvəlan qəsəbəsində yenicə istifadəyə verilmiş stadiondakı debüt matçında “Bakı”nı minimal hesabla məğlubiyyətə uğradıb. Bu, turun oyunları arasında meydan sahiblərinin qələbə qazandığı yeganə görüş olub. Beləliklə, AZAL 4-cü pillədəki mövqeyini möhkəmlətməklə yanaşı, özündən irəlidəki “Qarabağ”la xal fərqini 4-ə endirib. “Bakı” isə çempionluq şanslarını rəsmən itirib.

İkinci “6-lığ”ın görüşlərindən isə cəmi 1-i heç-heçə ilə nəticələnib. “Gəncə” yeni baş məşqçi Mehman Allahverdiyevin rəhbərliyi altında ikinci görüşünü də 1:1 hesablı bərabərliklə başa vurub. Bu dəfə “Muğan”la qarşılaşmada “Qəbələ” ilə əvvəlki matçdakı hesab təkrarlanıb.

MOİK uzun fasilədən sonra ikinci qələbəsini əldə edib. “Hərbçilər” Zaqatalada “Simurq”u məğlubiyyətə uğradıblar. “Qəbələ” isə Tovuzda “Turan”a qalib gəlib.

10 aprel

“Gəncə” – “Muğan” (Salyan) - 1:1

Sabir Allahquliyev, 67-pen. - Taqim Novruzov, 51

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” - 0:0
Qırmızı vərəqə: Dieqo Souza, 89 (“Xəzər Lənkəran”)

AZAL (Bakı) – “Bakı” - 1:0
Gennadi Bliznyuk, 45+1

9 aprel

“İnter” (Bakı) – “Neftçi” (Bakı) - 1:1

Robertas Poşkus, 2 - Flavinyo, 86-pen.
Qırmızı vərəqə: Kaxaber Mjavanadze, 85 (“İnter”)

“Simurq” (Zaqatala) - MOİK (Bakı) - 1:2
Elvin Yunusov, 61 - Azər Həşimov, 43. Tural İsgəndərov, 58

“Turan” (Tovuz) – “Qəbələ” - 0:2
Saşa Yunisoğlu, 61. Deon Barton, 85

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

26

16

8

2

45-11

56

2

Xəzər Lənkəran

26

14

8

4

29-14

50

3

Qarabağ

26

15

4

7

33-16

49

4

AZAL

26

12

9

5

30-17

45

5

İnter

26

12

6

8

26-21

42

6

Bakı

26

9

8

9

29-24

35

7

Qəbələ

26

10

9

7

25-17

39

8

Muğan

26

8

8

10

19-27

32

9

Gəncə

26

5

11

10

25-31

26

10

Turan

26

6

6

14

20-37

24

11

Simurq

26

3

6

17

15-40

15

12

MOİK

26

2

5

19

9-50

11



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) – 12, Rauf Əliyev (“Qarabağ”) – 11 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar