“Baku Fires” Avropaya köçür
Lent.az-ın məlumatına görə, bu barədə klubun baş meneceri Rizvan Gənciyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq bu məsələ 90 faiz həllini tapıb. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) WSB Liqası layihəsinin özünü doğrultduğunu və bu turnirə Asiya qitəsində də marağın artdığını görərək, belə addım atıb: “Əslində “Baku Fires” “köhnə qitə”də mübarizə aparmalıdır. Lakin AİBA təşkilati baxımdan vaxtın və Asiya qitəsində komandaların azlığını nəzərə alaraq, bizim Asiyaya zonasında döyüşməyimizi məqsədəuyğun saydı. Amma bu layihəyə maraq artıb. Bütün qitələrdə, o cümlədən, Asiyada yeni-yeni komandalar yaranmaqdadır. Ona görə də qərara alınıb ki, hər zonada 4 deyil, 6 komandanın iştirakı ilə seçmə mərhələlər təşkil olunsun və “Baku Fires” Avropada çıxış etsin”.
Qeyd edək ki, bu mövsüm “Baku Fires” Asiya zonasında qrup mərhələsini lider kimi başa vuraraq, yarımfinala yüksəlib. Komandamızın növbəti rəqibi Avropa zonasının lideri Paris Yunayted” (Fransa) olacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26