Avropa Liqası: Portuqaliyanın 3 klubu Hollandiya və postsovet klublarına qarşı
Lent.az-ın məlumatına görə, bu mərhələdə “Böyük 5-lik” çempionatlarından yalnız İspaniya La Liqası “Vilyarreal”la təmsil olunacaq.
Daha çox qələbə şansı Portuqaliyaya məxsusdur. Çünki 8 güclü komanda arasında bu ölkənin 3 təmsilçisi var. Hətta yarımfinal cütlərindən birinin iştirakçılarının Portuqaliyadan olması da istisna deyil. 1993-1994-cü il UEFA Kubokundan sonra bu ölkədən Avropa kuboklarının ¼ finallarında çoxlu sayda komanda oynamayıb. Daha iki klub – PSV və “Tvente” Hollandiyanı təmsil edirlər. “Spartak” və Kiyev “Dinamo”su isə postsovet məkanındandır.
Yarımfinalda Portuqaliyanın iki klubu o halda qarşılaşa bilər ki, “Braqa” Ukraynanın “Dinamo” (Kiyev), “Benfika” isə Hollandiyanın PSV komandasını üstələsin. Bu isə finala Portuqaliyanın ən azı bir komandasının vəsiqə qazanacağı deməkdir. “Benfika” ilə PSV 1988-ci ildə Çempionlar Kubokunun finalında qarşılaşıblar. Həmin vaxt hollandiyalılar penaltilər seriyasında qələbə qazanıblar.
Digər portuqaliyalı finalçı “Portu” ola bilər. Bunun üçün əvvəlcə Rusiyanın “Spartak” (Moskva), sonra “Vilyarreal” (İspaniya) – “Tvente” (Hollandiya) cütünün qalibini üstələmək lazımdır. Lakin belə ssenarinin reallığına əvvəllər Avropa kuboklarında Portuqaliya klublarının heç vaxt qarşılaşmamaları şübhə yaradır.
“Böyük 5-liy”in yeganə təmsilçisi “Vilyarreal”da hazırda 8 qolla turnirin bombardiri olan Cüzeppe Rossiyə böyük ümid bəslənilir. Bu mövsümədək UEFA Kuboku və Avropa Liqası tarixində 8 ən güclü komanda arasında eyni vaxtda İngiltərə, Almaniya, İtaliya və Fransa təmsilçilərinin olmaması halına rast gəlinməyib. Son 9 kubokdan 5-i İspaniya klublarına çatıb. Qalan 4 klub isə “Böyük 5-lik” ölkələrindən olub.
“Portu” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)
Baş hakim: Serj Qumyennı (Belçika)
“Dinamo” (Kiyev, Ukrayna) – “Braqa” (Portuqaliya)
Baş hakim: Byorn Kuypers (Hollandiya)
“Vilyarreal” (İspaniya) – “Tvente” (Hollandiya)
Baş hakim: Aleksey Nikolayev (Rusiya)
“Benfika” (Portuqaliya) – PSV (Hollandiya)
Baş hakim: Paolo Talyavento (İtaliya)
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26