Respublika stadionunda “qırhaqır”
Lent.az-ın məlumatına görə, toplantıda Unibank Premyer Liqasının XXV turunun 3 oyunu ilə əlaqədar qərarlar çıxarılıb.
“Qəbələ”nin futbolçusu Yaşar Abuzərov “Gəncə” ilə görüş başa çatdıqdan sonra hakimləri təhqir edib. Bu səbəbdən, Abuzərov 4 oyunluq cəzalandırılıb, klubu 4 min manat cərimələnib.
“Muğan”la matçda isə MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Ona görə də “hərbçilər” min manat cərimələnib. 80-ci dəqiqədə “Muğan”ın futbolçusu Anxel Gutyerres simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, Qutyerresə 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib.
“Neftçi” – “Qarabağ” matçının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. “Qarabağ”ın fanatları 152, “Neftçi” tərəfdarları 163 oturacaq qırıblar. Bu səbəbdən, hər iki klub dəymiş zərərə uyğun olaraq, Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidirlər.

Oxşar yazılar

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46