“Neftçi” “Qarabağ”ın qələbə seriyasına son qoydu
04 aprel 2011 11:05 (UTC +04:00)

“Neftçi” “Qarabağ”ın qələbə seriyasına son qoydu

Lent.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 görüş keçirilib.

“Neftçi” “Qarabağ”a qalib gələrək, Ağdam təmsilçisinin 9 oyunluq qələbə seriyasına son qoyub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə flaqmanın hər iki qolunu braziliyalı Rodriqinyo ilə Flavinyo vurub. Bununla da “Neftçi” liderliyini daha da möhkəmləndirərək, çempionluğa doğru önəmli addım atıb. “Qarabağ” isə 3-cü pillədə qalıb.

İlk “6-lıq” mərhələsinin digər görüşündə AZAL “İnter”i minimal hesabla məğlubiyyətə uğradıb. Bu qələbə nəticəsində “təyyarəçilər”lə “bankirlər” turnir cədvəlindəki mövqelərini dəyişiblər.

Autsayderlikdən qurtulmağa can atan “Simurq” “Turan”la görüşdə uduzaraq, vəziyyətini daha da çətinləşdirib. Bununla da Tovuz komandası təhlükəli zonada olan Zaqatala təmsilçisindən 9 xal aralanıb.

İlk oyun günündə 3 qarşılaşma baş tutub. İkinci “6-lığ”a təsadüf edən görüşlərdə heç-heçə qeydə alınıb. Yeni baş məşqçi Mehman Allahverdiyevin rəhbərliyi altında ilk matçına çıxan “Gəncə” “Qəbələ” ilə səfər matçında məğlubiyyətdən yaxa qurtara bilib. İlk yarıda meydan sahiblərindən Murad Hüseynov fərqlənib. Fasilədən sonra Junivan Suares bərabərlik qolunu vurub. MOİK isə “Muğan”la qolsuz heç-heçə edib.

Bu nəticələr komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir etməyib. “Qəbələ” 36 xalla 7-ci, “Muğan” 31 xalla 8-ci, “Gəncə” 25 xalla 9-cu, MOİK isə 8 xalla 12-ci pillədə qalıb.

Günün son matçında “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gəlib. Oyun boyu hər iki komandanın səylərinə baxmayaraq, hesab açılmayıb. Bununla da “Xəzər Lənkəran” çempionluq şanslarını daha da çətinləşdirib. Düzdür, 25 oyundan sonra xallarını 49-a çatdıran Lənkəran komandası 2-ci pilləyə yüksəlib. Lakin flaqman aprelin 3-də “Qarabağ”ı yendiyi üçün ən yaxın izləyicisindən 6 xal aralanıb.

2 aprel (şənbə)

MOİK (Bakı) – “Muğan” (Salyan) – 0:0

“Qəbələ” – “Gəncə” – 1:1

Murad Hüseynov, 26 - Junivan Suares, 56

“Bakı” – “Xəzər Lənkəran” – 0:0

3 aprel (bazar)

“Simurq” (Zaqatala) – “Turan” (Tovuz) – 0:1

Georgi Beriaşvili, 8

AZAL (Bakı) – “İnter” (Bakı) – 1:0
Gennadi Bliznyuk, 45

“Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 2:0
Rodriqinyo, 3. Flavinyo, 60


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

25

16

7

2

44-10

55

2

Xəzər Lənkəran

25

14

7

4

29-14

49

3

Qarabağ

25

15

3

7

33-16

48

4

AZAL

25

11

9

5

29-17

42

5

İnter

25

12

5

8

25-20

41

6

Bakı

25

9

8

8

29-23

35

7

Qəbələ

25

9

9

7

23-17

36

8

Muğan

25

8

7

10

18-26

31

9

Gəncə

25

5

10

10

24-30

25

10

Turan

25

6

6

13

20-35

24

11

Simurq

25

3

6

16

14-38

15

12

MOİK

25

1

5

19

7-49

8



Bombardirlər: Bahodir Nasimov (“Neftçi) – 15, Georgi Adamiya (“Qarabağ”) - 12 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1459

Oxşar yazılar