Mənsimov “Xəzər Lənkəran” - “Neftçi” matçına dair göstərişlər verdi
04 mart 2011 19:21 (UTC +04:00)

Mənsimov “Xəzər Lənkəran” - “Neftçi” matçına dair göstərişlər verdi

Bu haqda Lent.az-a Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Mənsimov yerli azarkeşlərin “Neftçi” əleyhinə təhqiredici bannerlər qaldırmasına imkan verməməyi tapşırıb. Klub prezidenti stadiona gələn fanatların belə bannerlərin stadiona keçirilməməsini istəyib. Bununla belə, Hacıyev bildirib ki, oyun zamanı hər hansı insidentin olacağına heç kim zəmanət verə bilməz. O, ilk oyunda “Neftçi” tərəfdarlarının “Xəzər Lənkəran”lı azarkeşlərə qarşı aqressiv münasibət göstərdiklərini söyləyib: “Tribunalardakı yerli azarkeşlər “Xəzər Lənkəran” tərəfdarlarına qarşı ana-bacı söyüşləri işlətdilər. Bizim müdaxiləmizdən sonra polislər onları çətinliklə sakitləşdirdilər. Komandamızın avtobusu daşa basılıb, azarkeşlərimizdən birinin başı, birinin ayağı, birinin isə çiyni əzilib. “Neftçi” rəhbərliyi isə yalnız stadionda baş verənlərə cavabdehlik daşıdıqlarını bildirir. Halbuki onlar Lənkərana gələndə nəinki stadionun içərisi və çölünə, hətta onlar şəhəri tərk edənədək məsuliyyətli davranırıq”.

Eyni zamanda “Xəzər Lənkəran”ın icraçı direktoru vəzifəsində çalışan Hacıyev “Neftçi” ilə oyunda baş verənləri Azərbaycan futbolu adına rüsvayçılıq adlandırıb: “Guya obyektiv hakimliyin olduğunu deyərək, xalqı aldatmağa cəhd edirlər. Amma xalqın gözü tərəzidir. Hər şeyi yaxşı görür. Biz udsaq da, düzgün hakimlik istəyirik, uduzsaq da... Amma çox böyük ədalətsizliklə qarşılaşdıq. Bu qələbəmizlə Azərbaycan futbolu heç nə qazanmadı. Anar Salmanov “Muğan”la oyunumuzda olduğu kimi, bu matçda da 90 dəqiqə boyunca qərəzli qərarlar verdi. Axı harda görünüb ki, papağı yerə çırpdığına görə baş məşqçini cəzalandırsınlar? Bəlkə FİFA və UEFA qaydalarında göstərilib, biz bilmirik? Rednik öz papağını yerə çırpır da... Yaxud “Neftçi”nin futbolçusu Flavinyonun artistliyini hamı gördü. Qapımıza heç nədən penalti təyin etdilər. Komandamızı bu yolla yıxmaq istəyirlərsə, buna nail ola bilməyəcəklər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar