Çempionlar Liqası: 1/8 final mərhələsinə start
Çempionlar Liqasının 7 qat qalibi - İtaliyanın “Milan” klubu İngiltərə “Tottenhem”ini qəbul edəcək. Oyunu fransalı referi Stefan Lannua idarə edəcək. Qrup mərhələsində “Milan” ikinci, “Tottenhem” isə birinci yeri tutub. London komandası İtaliyanın daha bir təmsilçisi “İnter”lə birgə A qrupunda yer alıb. Milandakı oyunda “İnter” 4:3, Londonda isə “Tottenhem” 3:1 hesablı qələbə qazanıb. Əvvəllər “Tottenhem”lə “Milan” UEFA Kubokunun yarımfinalında üz-üzə gəliblər. Həmin qarşılaşmalarda “Milan” üstün olub – 2:1, 1:1.
İndi də İtaliya çempionatının lideri 2007-ci ildən sonra ilk dəfə ¼ finala yüksəlmək üçün yaxşı şansa malikdir. Əvvəlki 4 mövsümdən 2-də “rossonyerlər” 1/8 final mərhələsində İngiltərə klubları ilə görüşlərdə mübarizəni dayandırıblar. Bir il öncə “Milan” “Mançester Yunayted”ə, 2008-ci ildə isə “Arsenal”a uduzub. İndi isə komandanın püşkdə bəxti gətirib.
“Tottenhem” isə tarixində ikinci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Lakin cari turnirin qrup mərhələsində bu komanda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 18 qol vuran “Tottenhem” “Arsenal”la birgə qrup mərhələsinin ən məhsuldar klubu olub. “Milan” isə “pley-off”a ən az sayda xalla (8 xal) və ən az qolla (7 top) çıxıb.
Bu oyunda “Milan”ın yarımmüdafiəçisi Andrea Pirlo diz bağlarını zədələdiyi üçün oynamayacaq. “Tottenhem”də isə liderlərdən olan Qaret Beyl çiynindəki problemlərlə əlaqədar çıxış etməyəcək.
İspaniyanın “Valensiya” komandası ilə Almaniya “Şalke 04”ü arasındakı qarşılaşma da az intriqalı olmayacaq. “Yarasalar” hazırda əla formadadırlar və 2011-ci ildə İspaniya çempionatında bir oyunu da uduzmayıblar. Görüşün baş hakimi rusiyalı Aleksandr Nikolayev olacaq. “Şalke 04” qrupda birinci, “Valensiya” isə ikinci yeri tutub. Bu oyun hazırda “Şalke 04”də çıxış edən Raul üçün xüsusi önəmə malik olacaq. Təcrübəli hücumçu “Real Madrid”də çıxış etdiyi vaxt İspaniya çempionatında “Valensiya”nın qapısından 12 top keçirib. Bundan əlavə, “yarasalar” 1999-2000-ci il mövsümündə Çempionlar Liqasının finalında Rauldan zərər görüblər. Həmin qarşılaşmada “kral klubu” qalib gəlib – 3:0.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Cavab görüşləri martın 16-da olacaq.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46