İbrahim Üzülməz “Beşiktaş”dan qovuldu
Lent.az-ın məlumatına görə, klubun rəsmi saytı Türkiyə yığmasında da çıxış edən yarımmüdafiəçinin komandadan kənarlaşdırılmasını onun Superliqanın ötən turunda “Ankaragücü” ilə qarşılaşmanın fasiləsində idmançıya yaraşmayan hərəkəti ilə əlaqələndirib.
Üzülməz komanda yoldaşı İbrahim Toramanla dalaşıb. Təcrübəli futbolçu Toramana yumruq atıb. Onların əvvəllər də dalaşdıqları və bir müddət əsas komandadan kənarlaşdırıldıqlarını da nəzərə alan məşqçilər heyəti klub rəhbərliyi qarşısında məsələ qaldırıb. Məsələyə “Beşiktaş”ın idarə heyətinin fövqəladə toplantısında baxılıb. Nəticədə Üzülməzin klubla münasibətlərinin kəsilməsinə yekdilliklə qərar verilib.
Qeyd edək ki, sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən İbrahim Üzülməz 11 ildir “Beşiktaş”ın şərəfini qoruyurdu.

652