Türkiyə yığmasının Azərbaycana qarşı oyun sistemi müəyyənləşdi
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, “ay-ulduzlular”ın son məşqində baş məşqçi Qus Hiddink uzaqdan çoxlu zərbələr endirməyi və “birgə hücum, birgə müdafiə” prinsipi ilə hərəkət etməyi futbolçulardan tələb edib.
Hollandiyalı mütəxəssis komandadan Azərbaycan millisini aşağılamamasını və bütün imkanlarını ortaya qoymasını istəyib. O, uzaqdan zərbələrin mahir ifaçıları qismində daha çox Hamit Altıntop, Əmrə Belözoğlu və Tuncay Şanlıya güvənir. Baş məşqçi yarımmüdafiə xəttindən hücumu dəstəkləyəcək oyunçulara funksional olmağı tövsiyə edib.
Hiddink Almaniya ilə qarşılaşmada 3-cü qolda buraxdığı kobud səhvə rəğmən, yenə qapını Volkan Dəmirələ etibar edəcək. Bakıya 0:3 hesablı məğlubiyyətlə gələn “ay-ulduzlular”ın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqdə yüksək əhval-ruhiyyədə olduqları müşahidə edilib. Hazırlıq prosesini izləyən “Bakı” klubunun baş məşqçi Vinfrid Şefer Hiddinkə uğurlar arzulayıb.
Qeyd edək ki, Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə matçı saat 20:00-da başlanacaq.

Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31