Berti Foqts: "Hesab daha böyük ola bilərdi"
26 fevral 2010 12:30 (UTC +04:00)

Berti Foqts: "Hesab daha böyük ola bilərdi"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İordaniya yığması ilə yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.



Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Foqts 2:0 hesablı qələbə münasibətilə komandamızın bütün üzvlərini təbrik edib.


Onun fikrincə, yığmamızın futbolçuları yaxşı çıxış ediblər: "Onlar mən dediyim oyunu göstərdilər. Hesab daha böyük ola bilərdi. Rəqibin qapısına ən azı 4 cavabsız top vurmaq imkanına malik idik. Milliyə dəvət olunan yeni futbolçular yaxşı təsir bağışlasalar da, bəzi futbolçulardan narazı qaldım. Onlarla söhbət edib, bunun səbəbini araşdıracağam”.


İordaniya yığmasının baş məşqçisi Adnan Həməd isə deyib: “Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Biz isə demək olar ki, öz oyunumuzu göstərə bilmədik”.
# 572

Oxşar yazılar