Ramin Musayev: “Berti Foqts üçün Maştağada yaxşı həkim tapmışam”
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Unibank Premyer Liqasında 22-ci turun oyunları haqda fikirlərinə münasibət bildirib. R.Musayev Lent.az-a açıqlamasında Berti Foqts üçün yaxşı ürək və göz həkimi tapdığını vurğulayıb.
Foqts son oyunlara baxanda ürəyinin və gözlərinin ağrıdığını söyləyib. O, yaxşı ürək və göz həkimi axtardığını, amma tapa bilmədiyini açıqlayıb. PFL prezidenti isə almaniyalı mütəxəssisin fikirlərinə belə reaksiya verib: “Mən həkim tapmışam. Maştağada yaxşı həkim var. Amma bilmirəm o, kömək edə bilər, ya yox”.
R.Musayev Unibank Premyer Liqasında oyunların keyfiyyətinin aşağı olmadığını əlavə edib: “Məgər onun izlədiyi “Neftçi” – “Xəzər-Lənkəran” matçı pis keçdi? Gərgin oyun keçmədi? Qol vurulmayıbsa, PFL nə etsin? Gələn dəfə xahiş edərik, hərəsi bir qol vurar”.
Elşən

780