Türkiyə 1-ci Liqasında XVI turun oyunları keçirilir.
Lent.az xəbər verir ki, Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" də növbəti matçına çıxıb.
Komanda "Manisa" ilə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olub - 0:1.
Dadaşov zədədən sonra ilk dəfə forma geyinmək şansı əldə edib. O, 82-ci dəqiqə meydana çıxıb.
Qeyd edək ki, "Ankaragücü" 23 xalla 6-cı pillədə qərarlaşıb.