Benites də “Çelsi”yə çarə tapmadı
“Çelsi” klubu futbol üzrə İngiltərə Premyer Liqasında Rafael Benitesin başçılığı altında 3-cü matçına çıxıb. Lent.az-ın məlumatına görə, XV turun açılış matçında “zadəganlar” “Vest Hem”in qonağı olublar.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 13-cü dəqiqədə “Çelsi”nin futbolçusu Xuan Mata açsa da, fasilədən sonra “Vest Hem” qollarını sıralamağa başlayıb. 63-cü dəqiqədə Karlton Koul hesabı bərabərləşdirib. Daha 2 qola oyuna sonradan daxil olan futbolçular – 86-cı dəqiqədə Məhəmməd Diame və 90-cı dəqiqədə Modibo Maiqa imza atıblar.
Beləliklə, “Çelsi” Rafael Benitesin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşib. Əvvəlki 2 görüşdə “zadəganlar” “Mançester Siti” və “Fulhem”lə qolsuz heç-heçə edib – 0:0. Hazırda 26 xala malik Benitesin komandası “Vest Hem”ə uduzduqdan sonra 3-cü pillədəki yerini də itirmə təhlükəsi ilə üzləşib. Turnir cədvəlinə isə 33 xalla “Mançester Yunayted” başçılıq edir. “Qırmızı şeytanlar” və 32 xalla 2-ci pillədə olan “Mançester Siti” XV turun oyununa bu gün çıxacaqlar. Onlar müvafiq olaraq, “Redinq” və “Everton”la üz-üzə gələcəklər.

Oxşar yazılar

Yamal ilin kəşfi kimi tanındı, “Real” isə…
22 aprel 2025 , 14:42
Qərar qətidir: “Bayer”dən gedəcək
22 aprel 2025 , 09:37
"Real" azarkeşləri "Atletik"lə oyunda Mbappeni alçaltdılar -VİDEO
21 aprel 2025 , 19:33
"Barselona" Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır
21 aprel 2025 , 18:27
"Lester"dən İngiltərə Premyer Liqasında antirekord
21 aprel 2025 , 17:17
“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi
21 aprel 2025 , 15:26
İtaliyada bütün oyunlar təxirə salındı - SƏBƏB
21 aprel 2025 , 13:42