Azərbaycan yenidən Rusiyaya qarşı
16 oktyabr 2012 18:00 (UTC +04:00)

Azərbaycan yenidən Rusiyaya qarşı

Lent.az-ın məlumatına görə, Avropa zonasında 9 qrup üzrə 25 oyun baş tutacaq.

Azərbaycan milli komandası Rusiya yığmasının qonağı olacaq. Moskva şəhərindəki “Lujniki” stadionunda təşkil olunacaq oyunu makedoniyalı baş hakim Aleksandr Stavrev idarə edəcək. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Yovan Kaludjeroviç yerinə yetirəcək.

Hər iki komanda F qrupunda qərarlaşıb. Əvvəlki matçlarında Şimali İrlandiyaya 2:0, İsrailə 4:0, Portuqaliyaya isə 1:0 hesabı ilə qalib gələn Rusiya yığması 9 xalla qrup lideridir. Azərbaycan millisi isə İsraillə 1:1 hesablı heç-heçə etdikdən sonra Portuqaliyaya uduzub – 0:3. Komandamız hazırda 1 xalla 5-ci pillədə qərarlaşıb.

Azərbaycan və Rusiya milliləri əvvəllər 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində də eyni qrupda yer alıblar. Həmin tsikldə “Lujniki”dəki görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:0. Tofiq Bəhramov adına Respublika stadionunda isə heç-heçə qeydə alınıb – 1:1. Yığmamızın baş məşqçisi Berti Foqts bugünkü görüşdə də Rusiyanın qapısına qol vurmaq iqtidarında olduqlarını deyib. Elə onun rəqib həmkarı Fabio Kapello da komandamıza ciddi yanaşmağın gərəkliyini vurğulayıb.

Millimizin heyətində əsas problem kapitan Rəşad Sadıqovun zədəli olması ilə bağlıdır. Foqts Sadıqovu oyuna yetişdirməyə çalışacaqlarını, bu alınmasa belə, kapitanı əvəzləməyə futbolçusunun olduğunu söyləyib. Kapello isə Portuqaliyaya qarşı görüşlə müqayisədə start heyətində bir sıra dəyişikliklərin mümkünlüyünü deyib.

A qrupu
23:00. Xorvatiya - Uels
23:30. Makedoniya - Serbiya
23:45. Belçika - Şotlandiya

B qrupu
23:00. Çexiya - Bolqarıstan
23:45. İtaliya - Danimarka

C qrupu
23:00. Farer adaları - İrlandiya
23:35. Avstriya - Qazaxıstan
23:45. Almaniya - İsveç

D qrupu
22:00. Andorra - Estoniya
23:00. Rumıniya - Hollandiya
23:30. Macarıstan - Türkiyə

E qrupu
23:00. Kipr - Norveç
23:30. İslandiya – İsveçrə
23:45. Albaniya - Sloveniya

F qrupu
20:00. Rusiya – AZƏRBAYCAN
21:00. İsrail - Lüksemburq
00:45. Portuqaliya – Şimali İrlandiya

G qrupu
22:00. Latviya - Lixtenşteyn
23:00. Bosniya və Herseqovina - Litva
23:30. Slovakiya - Yunanıstan

H qrupu
23:00. Ukrayna - Çernoqoriya
23:30. San-Marino - Moldova
00:00. Polşa - İngiltərə

İ qrupu
21:00. Belarus - Gürcüstan
00:00. İspaniya – Fransa.
# 1590

Oxşar yazılar