Rövnəq Abdullayev: “Klublarımızın qarşısına qruplara düşmək vəzifəsi qoyulacaq”
“2012-ci il “İdman ili”ndə futbolumuzda da böyük inkişaf oldu, əlamətdar il oldu. Premyer Liqa çox maraqlı oldu, gözəl nəticələr qeydə alındı. Yeni stadionlar istifadəyə verdik ki, bunların da yeni mövsümün oyunlarının keçirilməsində böyük rolu olacaq”.
Lent.az-ın məlumatına görə, bunu Premyer Liqa qaliblərinin mükafatlandırma mərasimində AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, futbolumuzda əldə olunan əlamətdar hadisəyə də toxunub. Abdullayev bildirib ki, bu, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və artıq 1 xal qazanmasıdır: “İnanıram ki, bu çempionatda daha gözəl nəticələr əldə edəcəyik və klublarımız Avropa kuboklarında bizi sevindirəcək. “Neftçi”nin Avroliqaya vəsiqə qazanması böyük uğurdur. Klublarımızın gələcəkdə qarşılarına qoyulan vəzifə qruplara düşməkdən ibarət olacaq. Bu, minimal vəzifə olmalıdır. İnanıram ki, növbəti mövsüm daha uğurlu olacaq”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58