Topaz Premyer Liqasının oyunu zamanı meydançaya azarkeş girib
Topaz Premyer Liqasının VI turunda “Qəbələ” və “Rəvan” komandaları arasında keçirilmiş oyun zamanı meydana azarkeş girib. Lent.az-ın məlumatına görə, hadisə matçın 72-ci dəqiqəsində baş verib.
Həmin ərəfədə “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi Çertoqanovu 2 oyunluq cəzaya məruz qoyub. “Qəbələ” isə azarkeşinin meydana girməsi ilə əlaqədar 3000 manat, Çertoqanovun qovulmasına görə 2000 manat cərimə ödəyəcək.
Digər oyunlara gəldikdə, III turun təxirə salınmış matçında “Simurq”un 5, “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən, hər iki klub 1000 manat cərimələnib. VI turun “Sumqayıt” – “Neftçi” matçında da hər iki klubun 4 futbolçusu sarı vərəqəyə layiq görülüb. Onların da hərəsinə 1000 manat cərimə kəsilib. 90+1-ci dəqiqədə “Neftçi”nin futbolçusu Emin Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.
“Simurq”la qarşılaşmada “Kəpəz”in 5 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, Gəncə klubuna 1000 manat cərimə kəsilib. 89-cu dəqiqədə “Kəpəz”in oyunçusu Emin İmaməliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə verilib.
AZAL-la görüşdə isə 4 futbolçusu sarı vərəqə alan “İnter” də 1000 manat ziyana düşüb.

850