“Xəzər Lənkəran”ın oyunu təxirə salındı
0
0
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun “Xəzər Lənkəran” – “Simurq” matçı təxirə salınıb. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr verib.
Səbəb kimi Lənkəran şəhər mərkəzi stadionunda 17 yaşadək qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması göstərilib.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Simurq” matçı avqustun 25-də keçirilməli idi. Təxirə salınan qarşılaşmanın nə vaxt baş tutacağı məlum deyil.