Kipr klubu Avropa Liqasından kənarlaşdırıldı
Kiprin “Anortosis” klubu Avropa Liqasından kənarlaşdırılıb. Lent.az-ın məlumatına görə, UEFA İntizam Komitəsi bu komandanı Avroliqanın 3-cü təsnifat mərhələsində Gürcüstan “Dila”sı ilə oyun zamanı azarkeşlərinin meydana soxulması üzündən diskvalifikasiya edib.
Səfərdə 0:1 hesabı ilə uduzan “Anortosis” cavab görüşündə qapısından 3 cavabsız top buraxıb. Bu zaman fanatlar meydana giriblər. Hakim isə oyunu dayandırmalı olub.
UEFA “Dila”nın 3:0 hesablı qələbəsini qüvvədə saxlayıb. Gürcüstan komandası “pley-off” mərhələsində Portuqaliya “Maritimu”su ilə üz-üzə gələcək. Qalib komanda qrup mərhələsinə yüksələcək. “Anortosis” isə Avroliqadan kənarlaşdırılmaqla yanaşı, 50 min avro cərimə ödəyəcək və qitə miqyaslı turnirlərdə növbəti 3 ev oyununu azarkeşsiz keçirəcək.
Qeyd edək ki, Kiprin daha bir klubu APOEL Avroliqanın “pley-off” mərhələsində “Neftçi” ilə üz-üzə gələcək. İlk oyun avqustun 23-də Bakıda, cavab görüşü bir həftə sonra Nikosiyada olacaq.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39