"Qarabağ"la oyun öncəsi koronavirus aşkarlandı - "Legiya"da
01 oktyabr 2020 09:55 (UTC +04:00)

"Qarabağ"la oyun öncəsi koronavirus aşkarlandı - "Legiya"da

Avropa Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq Polşa təmsilçisi “Legiya”da koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Varşava təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, oyunöncəsi koronavirus testi götürülüb və klubun bir işçisində nəticə pozitiv çıxıb. Klub dərhal bütün lazımi prosedurları həyata keçirib. Bəyanatda o da vurğulanıb ki, futbolçuların və klub nümayəndələrinin hamısı sağlamdır, UEFA-nın qaydalarına əsasən görüşə hazırdırlar. “Legiya” artıq Baş Sanitar Müfəttişdən oyunda iştirakla bağlı müsbət cavab alıb.

Qeyd edək ki, Varşavada keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar