“Qarabağ” UEFA reytinqində irəlilədi
02 oktyabr 2020 10:47 (UTC +04:00)

“Qarabağ” UEFA reytinqində irəlilədi

Avropa Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə bəzi dəyişikliklər baş verib.

İlk “100-lük”də yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyini yaxşılaşdırıb. Pley-offda Polşanın “Legiya” klubunu 3:0 hesabı ilə darmadağın edən Qurban Qurbanovun yetirmələri əmsalını 21,000-a çatdırıblar.

Bununla da Ağdam klubu bir pilləlik irəliləyişə nail olub. Hazırda “Qarabağ” 64-cü sıranı Rumıniya təmsilçisi “Styaua” ilə bölüşür.

Azərbaycan çempionu 60-cı pillədə yer alan PSV (Niderland), “Milan” (İtaliya), “Borussiya” (M, Almaniya) və “Standard”dan (Belçika) cəmi 1 xal geri qalır.

Qeyd edək ki, reytinqə 111 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar