“Ermənilər dərhal torpaqlarımızı tərk etməlidir” - Teymur Rəcəbov
02 oktyabr 2020 11:38 (UTC +04:00)

“Ermənilər dərhal torpaqlarımızı tərk etməlidir” - Teymur Rəcəbov

“Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbova məxsusdur.

İnstaqram səhifəsi vasitəsilə paylaşım edən qrossmeyster Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib. Dünya kubokunun sahibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb: “Erməni işgalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər! Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988
avatar

Oxşar yazılar