Pişiklər üçün hansı temperatur  təhlükəlidir? - Kritik hədd
08 iyul 2026 19:29 (UTC +04:00)

Pişiklər üçün hansı temperatur təhlükəlidir? - Kritik hədd

0

Yay aylarında yüksək temperatur təkcə insanlar üçün deyil, ev heyvanları üçün də ciddi təhlükə yaradır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislərin sözlərinə görə, hava temperaturu 38°C-dən yuxarı olduqda pişiklər üçün risk artır. Lakin onlar 27–37°C arasında da narahatlıq hiss edə bilərlər.

Pişiklərin normal bədən temperaturu neçə dərəcədir?

Mütəxəssislər bildirirlər ki, pişiklər istiqanlı heyvanlardır və onların bədən temperaturu beynin hipotalamus adlanan hissəsi tərəfindən tənzimlənir. Sağlam pişiklərdə normal bədən temperaturu adətən 38,1–39,2°C arasında olur.

İnsanlardan fərqli olaraq pişiklər demək olar ki, tərləmirlər. Buna görə də onlar sərinləmək üçün daha tez-tez nəfəs alır, evdə kölgə və ya sərin yerlər axtarır, kafel kimi soyuq səthlərdə uzanmağa çalışırlar.

Hansı temperatur təhlükəli hesab olunur?

Ekspertlərin sözlərinə görə, ətraf mühitin temperaturu 38°C-ni keçdikdə pişiklər üçün təhlükə yaranır. Əgər heyvanın bədən temperaturu 41,1°C-dən yuxarı qalxarsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda:

Qanın laxtalanması pozula bilər;

Böyrək çatışmazlığı inkişaf edə bilər;

Qıcolmalar baş verə bilər;

Ağır hallarda isə heyvan həyatını itirə bilər.

Pişiklər üçün ideal temperatur

Sağlam yetkin pişiklər özlərini ən rahat 20-27°C temperaturda hiss edirlər. Mütəxəssislər qeyd edirlər ki, pişiklərin istilik baxımından rahat olduğu interval təxminən 30-38°C olsa da, insanların rahatlığı üçün evlər adətən daha sərin saxlanılır. Əgər hava temperaturu 29-32°C arasında olarsa və pişiyin kifayət qədər suyu və kölgəsi olmazsa, belə şəraitdə 15–30 dəqiqədən artıq qalması məsləhət görülmür.

Pişiyin həddindən artıq istidən əziyyət çəkdiyini necə anlamaq olar?

Həddindən artıq istilik zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər:

Halsızlıq və hərəkətsizlik;

İştahanın azalması;

Güclü ağız suyu ifrazı;

Qusma və ishal;

Hərəkət koordinasiyasının pozulması;

Davranış dəyişiklikləri;

Çətin nəfəsalma və ya ağzı açıq nəfəs alma;

Daim sərin yer axtarma.

Ağır hallarda isə titrəmə, qıcolma, huşun itməsi, diş ətlərinin parlaq qırmızı və ya göyərməsi, həmçinin burun, diş əti və sidik yollarından qanaxma baş verə bilər.

Pişik istivurması keçirərsə nə etmək lazımdır?

Baytarlar belə hallarda dərhal mütəxəssisə müraciət etməyi tövsiyə edirlər. İlk yardım olaraq pişiyi kölgəyə və ya sərin otağa aparmaq, ventilyator vasitəsilə hava dövranını təmin etmək və bədənini sərin, nəm dəsmal və ya ilıq su ilə ehtiyatla soyutmaq lazımdır. Heyvanın başını suya salmaq məsləhət görülmür.

Pişiyi istidən necə qorumaq olar?

Mütəxəssislər yay aylarında pişiklərin mümkün qədər evdə saxlanmasını tövsiyə edirlər. Gəzinti və aktiv oyunlar səhər tezdən və ya axşam saatlarında təşkil olunmalıdır.

Bundan əlavə:

Pəncərələrdə jalüz və ya pərdələrdən istifadə etmək;

Pişiyin həmişə təmiz və sərin suya çıxışını təmin etmək;

Daha çox su içməsinə şərait yaratmaq;

Lazım gələrsə rasiona yaş yem əlavə etmək;

Soyuducu döşək və ya dondurulmuş heyvan ləzzətlərindən istifadə etmək faydalı ola bilər. Mütəxəssislər vurğulayırlar ki, isti havalarda pişiklərin vəziyyətini diqqətlə izləmək onların sağlamlığını və həyatını qorumaq baxımından böyük əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 16

Oxşar yazılar