Niyə pişiklər suyu sevmir? – alimlər səbəbini açıqladı
01 sentyabr 2025 11:11 (UTC +04:00)

Niyə pişiklər suyu sevmir? – alimlər səbəbini açıqladı

Bəzi pişiklər duş qəbul etməyi və ya hətta üzməyi sevsə də, onların böyük əksəriyyəti sudan uzaq qaçır. Əgər pişiyiniz təsadüfən vannaya düşsə, çox güman ki, qorxaraq ildırım sürətilə qaçacaq.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, pişiklərin suya qarşı bu davranışının sirri onların keçmişi ilə bağlıdır..

Heyvan davranışı üzrə ekspert Kristin Vitale bildirir ki, pişiklərin əksəriyyəti suyu sevməsə də, bu qaydanın bütün ev heyvanlarına aid olmadığını da nəzərə almaq lazımdır. Onun sözlərinə görə, ev pişikləri minilliklər ərzində öz vəhşi əcdadlarından çox da uzaqlaşmayıb.

İt kimi intensiv seleksiya olunmadıqları üçün onların ovçuluq instinktləri və davranışları hələ də demək olar ki, dəyişməyib.

“Çox cəhətdən onların davranışları vəhşi əcdadlarına bənzəyir”, – deyə Vitale vurğulayır.

Bu vəhşi pişiklər isə suda yaşamağa uyğunlaşmamışdılar. Onlar həmişə quru ərazilərdə – səhralarda və savannalarda məskunlaşıb. İlk dəfə insanlar tərəfindən 10 min il əvvəl əhliləşdiriləndə, əsas yaşayış yeri Yaxın Şərqin quraq düzənlikləri – Şimali Misirdən İrana qədər uzanan Bərəkətli Aypara ərazisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar