İtlər ölməzdən əvvəl  nə düşünür? – Ürəkdağlayan bir detal AÇIQLANDI
13 iyul 2026 16:39 (UTC +04:00)

İtlər ölməzdən əvvəl nə düşünür? – Ürəkdağlayan bir detal AÇIQLANDI

0

Ev heyvanını itirmək hər bir sahib üçün ən ağır anlardan biridir. Baytar həkimlər  ömrünün son mərhələsində olan itlərin davranışları barədə danışaraq, sahiblərə heyvanlarının son nəfəsinə qədər yanında qalmağı tövsiyə edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunun da səbəbi itlərin  son anlarında ən çox sahiblərini axtarması və baxışları ilə onları görməyə çalışmasıdır.

Baytarlar qeyd edib ki, müşahidələr zamanı itlər tez-tez qapıya tərəf baxaraq sahibinin geri qayıtmasını gözləyiblər. Onların fikrincə, bu anlarda heyvanlar ən çox bağlandıqları insanı görmək istəyirlər.

Mütəxəssislər vurğulayırlar ki, itlərin ölümü insanlar kimi dərk etdiyini təsdiqləyən elmi sübutlar yoxdur.

Bununla belə, məlumdur ki, bu heyvanlar ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssasdırlar.

Ev heyvanlarının sağlamlığı üzrə mütəxəssislərin sözlərinə görə, itlər insanların hiss etmədiyi qoxu, səs və davranış dəyişikliklərini belə asanlıqla sezə bilirlər. Güclü iybilmə qabiliyyəti sayəsində onlar xəstəliklərin, qan şəkərinin aşağı düşməsinin, infeksiyaların və digər sağlamlıq problemlərinin əlamətlərini müəyyən edə bilirlər.

Bəzi ekspertlər hesab edirlər ki, itlər insan və ya digər heyvanın orqanizmində ölümə yaxın baş verən bioloji dəyişiklikləri də hiss edə bilirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar