Zərdabda ölümlə nəticələnən ağır yol qəzası olub.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunda baş verib.
“Toyota Prius” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə, sərnişin İntiqam Məmmədov hadisə yerində, onun azyaşlı nəvəsi T.Məmmədov isə xəstəxanada ölüb.
Daha 4 nəfər - Bıçaqçı kənd sakinləri olan sürücü Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və digər övladı Uğur xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.