Zəngilanda erməni diversant qrupu saxlanılıb-YENİLƏNİB
26 may 2023 20:37 (UTC +04:00)

Zəngilanda erməni diversant qrupu saxlanılıb-YENİLƏNİB

0

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır. 
 
DSX-dan Lent.az-a verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.
 
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.
 
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

*** 

20.20

Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

Lent.az xəbər verir ki, erməni diversantlarının cəhdinin qarşısı alınıb.

Ordumuz  tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və  iki diversant saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4434

Oxşar yazılar