Zaqatalada qarışıq mallar mağazası yandı
06 sentyabr 2026 08:17 (UTC +04:00)

Zaqatalada qarışıq mallar mağazası yandı

2

 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb.

Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasında baş verən yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisindəki məhsullar yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 252

Oxşar yazılar